Simsar.az | bizi özünüzə Simsar bilin
Röya Avropaya qastrol səfərinə gedəcək

Bu ərəfələrdə müğənni Röyanın Avropa turnesi start götürməli idi. Lakin səfər bir neçə ay sonraya təxirə düşüb. Müğənninin bildirdiyinə görə, səbəblərdən biri fevralın 13-də Moskvada keçiriləcək konsertinin hazırlığıdır. 
Sənətçi qeyd edib ki, o, Avropa səfərlərinin ardıcıl olmasını istəyir. Yəni Bakıya qayıtmadan digər şəhərə səfər edib, növbəti konsertini təşkil etməyi planlaşdırır. Buna isə fərqli tarixlər mane olur.
«İstəyirik ki, əvvəlcə nəzərdə tutulan Ukrayna konsertindən sonra birbaşa İsveçrəyə gedək. Amma konsert məkanları ilə danışıqlar aparılıb və tarixlər bir-birinə yaxın olmadığından bir qədər gözləməli oluruq. Bu səbəbdən də, turneni Novruz bayramı ərəfsinə keçirdik. Həm də həmin tarixdə həmyerlilərimizi bayram konsertinə dəvət etmiş olacıq» - deyən Röya bildirdi ki, Avropa konsertləri üçün ən yaxşı və iri tutumlu konsert məkanları seçilir. Bu səbəbdən də, istənilən tarix üzərində seçim etmək asan olmur.

22 Yanvar, 2011  19:51 Baxılıb: 2111

Bu bölmədə