Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyada axtarışda olan iki nəfər Azərbaycanda saxlanıb

Azərbaycanda Rusiya Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər tutulub.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Fazil Axundov tutulub. 

Analoji əməliyyat tədbiri Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Natiq İmanov saxlanılıb.

22 Yanvar, 2011  19:28 Baxılıb: 2018

Bu bölmədə