Simsar.az | bizi özünüzə Simsar bilin
Mozilla Firefox 4.0 Versiyası fevralda hazır olacaq

Şirkət daha bir beta-versiya işləyib hazırlamaq niyyətindədir.

Mozilla-nın texniki direktoru Deymən Sikorun (Damon Sicore) sözlərinə görə, şirkət fevralın sonunadək brauzerin yeni versiyasını təqdim etmək üçün səylə çalışmaqdadır.
Cari Versiyada 160 ciddi nöqsan mövcuddur
Cənab Deymən bildirib ki, hal-hazırda brauzerdə mövcud 160 ciddi nöqsan hələ də aradan qaldırılmayıb. Ona görə də bir qrup proqramçı yekun versiyanın relizinədək bu nasazlıqları aradan qaldırmaq üçün səylə çalışır. Yekun Firefox 4.0 versiyası artıq fevralın sonunda təqdim ediləcək.

22 Yanvar, 2011  19:14 Baxılıb: 1845

Bu bölmədə