Simsar.az | bizi özünüzə Simsar bilin
POLİS NAZİRİ YOL PATRUL XİDMƏTİNƏ XƏBƏRDARLIQ ETDİ

"VƏTƏNDAŞ QANUNA UYĞUN CƏZALANDIRILMALIDIR"

APA-nın məlumatına görə, nazir bu gün keçirilən geniş kollegiya iclasında bildirib ki, YPX əməkdaşları vətəndaşları boş yerə incitməməlidir: “Hansısa vətəndaş qayda pozubsa, qanuna uyğun cəzalandırılmalıdır. Həmin şəxsin kiminsə qohumu olması və digər məsələlərə görə qayda pozan şəxslərə qarşı güzəştə getmək olmaz. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidir. Yol patrul xidmətinin əməkdaşları tərəfindən də bəzən vətəndaşların əsassız olaraq incidilməsi faktlarına rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Mən bütün idarə rəislərinə tapşırıram, bu hallara son qoyulmalıdır”.

22 Yanvar, 2011  18:37 Baxılıb: 1955

Bu bölmədə