Simsar.az | bizi özünüzə Simsar bilin
Yerevanda növbəti etiraz aksiyası

Yerevanın müxtəlif yerlərində küçə ticarətilə məşğul olmuş şəxslər bu gün paytaxt meriyasının qarşısında etiraz aksiyası keçirmək fikrindədir.

Polis yeni merin küçə ticarətini qadağan etməsi nəticəsində qazancdan məhrum olmuş şəxslərin meriyanın qarşısına növbəti dəfə toplaşmasına imkan verilməyəcəyini bildirir. Artıq bir qrup şəxs meriyaya yaxınlaşmağa cəhd edib. Polis isə buna imkan verməyib.
Hazırda 20-dək etirazçı meriya binası ilə qarşı-qarşıya olan səkidə toplaşıb.

22 Yanvar, 2011  18:18 Baxılıb: 2125

Bu bölmədə