Simsar.az | bizi özünüzə Simsar bilin
NAZİR BƏYAN ETDİ

"MOBİL OPERATORLARLAR BAĞLI SİSTEM ŞƏFFAF DEYİL"

Azərbaycanın rabitə naziri beynəlxalq tariflərdən narazıdır. “SİMSAR”-ın məlumatına görə, bu barədə məlumatı jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov özü deyib. Onun sözlərinə görə, son zamanlar mobil operatorlarla aparılan işlər, onların rouminq qiymətləri, tarif sistemi o qədər də tənzimləyici orqan kimi onu qane etmir: “Bu sistem çox qarışıqdır və həm də şəffaf deyil. Onların qarşısında tələb qoyulub ki, qiymət sistemi sadə şəklə salınsın və mütəmadi olaraq nazirliyə və eləcə də veb-saytlarında həmişə əhaliyə çatdırılmalıdır. Axırıncı hesablamalar onu göstərir ki, beynəlxalq tariflərə qoyulan qiymətlər Tarif Şurasının mobil operatorlara qoyduğu qiymətlərə müxtəlif xidmətlər də əlavə olunaraq süni olaraq şişirdilir”. 

Nazir yaxın zamanlarda qiymətlərin aşağı salınacağını bildirib. O, həmçinin, bazar sistemində rəqabətin qaneedici olmadığını da deyib : “Özəl şirkətlərə şərait yaradılması və onlara bərabər olaraq bazara çıxarılması üçün işlər görülür. Yaxın bir neçə ayda İKT sahəsində fəaliyyət göstərən özəl və dövlət şirkətlərinin ümumi toplantısını keçirməklə bazardakı rəqabəti normallaşdırmaq üçün əlavə tədbirlər görüləcək”.

22 Yanvar, 2011  18:05 Baxılıb: 2217

Bu bölmədə