Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov ağır cinayətlərdən danışdı

Daxili İşlər Nazirliyinin 2010-cu ilin yekunlarına və bu il qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.

“SIMSAR” Trend-ə istinadən xəbər verir ki, iclasda nazir Ramil Usubov çıxış edərək bildirib ki, 2010-cu ildə ölkədə ümumilikdə, 23 min 10 cinayət qeydə alınıb. Onlardan 88,8 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, 11,2 faizi ağır və xüsusilə ağır cinayətlərdir. 

Nazirin sözlərinə görə, cinayətlərin ümumi sayı 1,2 faiz, o cümlədən oğurluqlar 2,1 dəfə, zorlamalar 2,2 dəfə, quldurluq 6,5 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 3,5 faiz azalıb: "Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 2,9 faiz, yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 2,4 faiz azalıb. Əvvəlki illərdən bağlı qalan 329 cinayət, o cümlədən 67 ağır, xüsusilə ağır cinayətin açılması təmin olunub. 2010-cu ildə "102" xidmətinə daxil olmuş məlumatlar əsasında 1679 cinayət işi başlayıb, məişət zəminli 2000-ə yaxın hüquqazidd əməlin qarşısı alınıb.

22 Yanvar, 2011  17:50 Baxılıb: 2017

Bu bölmədə