Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni yaradılmış “Simsar” Teatr Studiyasının təqdimatı keçiriləcək

“Simsar” Teatr Studiyası ilk tamaşasının keçirəcək.

 “Simsar Production”ın və eyni adlı teatr studiyasının direktoru İradə Nurəddinqızı məlumat verib.
“Simsar” Teatr Studiyasının bədii rəhbəri əməkdar artist, uzun müddət Pantomim Teatrının aktyoru olan Pərviz Məmmədrzayevdir. Pantomim Teatrının aktyoru olmuş Qurban Məsimov da yeni yaradılan teatr studiyasında aktyor və rejissor kimi işə başlayıb. Teatr Studiyasının açılışı “Vaqa” tamaşasının nümayişi ilə olacaq. 4 müxtəlif səhnəciklərdən ibarət olan tamaşa bir saat davam edəcək. Tamaşanın premyerası yanvarın 27-də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində keçiriləcək.

İ. Nurəddinqızı bildirib ki, “Simsar”ın tamaşaları pantomim janrında olacaq. Tamaşalarda sözdən istifadə olunmayacaq, yalnız musiqi, plastika və pantomima yer alacaq. “Simsar”ın gələcəkdə teatr statusuna keçməsi də istina olunmur.

İlk tamaşaya bilet satışı nəzərdə tutulmayıb. Həmin gün tamaşanı ancaq dəvətlilər izləyə biləcəklər.

22 Yanvar, 2011  01:58 Baxılıb: 2415

Bu bölmədə