Simsar.az | bizi özünüzə Simsar bilin
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNA MÜRACİƏT EDƏN ÖLKƏLƏR

 

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən 2010-cu ildə daxil olan müraciətlərin sayı əvvəlki ilə nisbətən 21,2% azalıb.

 

Fondun ictimaiyyətlə əlaqələr sektorundan, ötən il DSMF-nin beynəlxalq əlaqələr şöbəsinə daxil olan 1869 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1190 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir. 

 

Müraciətlərin sayına görə növbəti yerdə Türkiyə gəlir. Bu ölkədən fonda 116 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

 

DSMF-yə daxil olan digər 563 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

21 Yanvar, 2011  15:46 Baxılıb: 2118

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası