Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğanla Əhmədinejad telefonda nədən danışıb?

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Mahmud Əhmədinejad arasında telefon danışığı olub.

Onlar Livanda yaşanan hökumət böhranını müzakirə ediblər. Region dövlətlərinin Livana böhranın aradan qaldırılmasında yardım etməli olduğunu deyən Əhmədinejad İranın buna hazır olduğunu söyləyib.
Ərdoğan isə Tehranın Livanın siyasi qrupları ilə danışıqlar aparmasını vacib adlandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Livan hökumətindəki «Hizbullah» üzvü olan nazirlərin kütləvi şəkildə istefa verməsindən sonra ölkədə siyasi böhran yaranıb. Bəzi dairələr Livanda vətəndaş müharibəsinin başlaya biləcəyini düşünür.

20 Yanvar, 2011  22:57 Baxılıb: 2248

Bu bölmədə