Simsar.az | bizi özünüzə Simsar bilin
Əfqanıstan prezidentinin Rusiyaya səfəri başlayıb

Bu gün Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzayi Rusiyaya rəsmi səfərə gəlib. H. Kərzayi yanvarın 21-də Rusiya prezidenti Dmitiri Medvediyevlə danışıqlar aparacaq. Danışıqlar zamanı energetika sahəsində əməkdaşlıq, narkotik vasitələrin istehsalı və yayılmasına qarşı mübarizə, o cümlədən Əfqanıstanın polis orqanları üçün kadrların hazırlanması məsələlərinin də müzakirə mövzusu olması gözlənilir.
Səfərin sonunda isə ticarət və iqtisadi əməkdaşlığa dair razılaşma ilə bağlı sənədin imzalanması nəzərdə tutulub. Səfər çərçivəsində Rusiya Ticarət Palatasında Əfqanıstanın iş adamları ilə Rusiya biznesmenləri arasında görüş də keçiriləcək.

20 Yanvar, 2011  22:41 Baxılıb: 2205

Bu bölmədə