Simsar.az | bizi özünüzə Simsar bilin
ŞOK! ŞOK! ŞOK! Qohumu tərəfindən zorlanan qadın 4 aylıq hamilədir

 

Yeganə Mərdanova Şabran prokurorluğunu da ittiham edir

 

 

Həmkəndlisi Mərdanov Xalid Balayar oğlu tərəfindən zorlandığını və 3 ay yarımlıq hamilə olduğunu deyən Şabran rayonunun Qazbabalı kənd sakini Mərdanova Yeganə Ağarəzi qızı ölkə başçısına  ərizə ilə müraciət edib. Müraciətin bir nüsxəsini elektron ünvanımıza göndərən 1987-ci il təvəllüdlü Y.Mərdanova bildirir ki, X.Mərdanov onu 15 sentyabr 2010-cu ildə zorlayıb. Bununla bağlı Şabran rayon prokurorunun müavini Elmar İsmayılova müraciət etdiyini deyən şikayətçi zorlanmasının tibbi ekspertiza tərəfindən təsdiqlədiyini deyir: «Lakin məni zorlamış Xalid Mərdanov bu günə qədər məsuliyyətə cəlb olunmayıb.  Prokuror müavini Elmar İsmayılov şikayətlərimə baxmır. Xalid Mərdanovun müdafiəçisi kimi çıxış edir. Hal hazırda Xalid Mərdanov tərəfindən 4 aylıq hamiləyəm. Mənə sahib duran yoxdur. Cənab prezident sizdən mənə dayaq olmağınızı xahiş edirəm. Mənə qarşı edilən cinayətin araşdırılıb, günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyinizi xahiş edirəm».

Şabran rayon prokurorunun müavini Elmar İsmayılov isə bizimlə söhbətində bildirdi ki, həqiqətən də Y.Mərdanova zorlanması ilə bağlı ona müraciət edib: «Mən bütün tərəfləri danışdırmışam. Məlum olub ki, Yeganə Mərdanova hələ 2010-cu ilin iyun ayından qohumu Xalid Mərdanovla görüşüb.

Xalid ifadəsində bildirib ki, o, Yeganə ilə görüşəndə qızın anası da həyətdə olub. Yeganə özü Xalidə bir yerdə olmağı təklif edib. Xalid də bu təklifi qəbul edib».

 

Prokuror «ata»nı niyə tuta bilmir?

 

Prokuror müavini bildirir ki, Yeganə sentyabr ayında Xalidə birlikdə yaşamağı təklif edib. Əks təqdirdə polisə şikayət edəcəyini deyib: «Xalidlə Yeganə bir neçə ay birgə, ər-arvad kimi yaşayıblar. Münasibətləri pozulduğu üçün Xalid Yeganəni anasına təhvil verib. Dekabrın 27-də onlar ayrılıblar. 29-da isə Yeganə Mərdanova bizə şikayət edib».

Xalidin başqa xanımla qeyri-qanuni nikahda olduğunu deyən E.İsmayılov Y.Mərdanovanın uşağının atasının həqiqətən Xalid olmasının müəyyən edilməsinin çətin olduğunu bildirdi: «Uşaq anadan olandan sonra onun atasının kim olduğunu müəyyənləşdirmək olar».

Prokurora görə, Y.Mərdanova zorlanmayıb, öz xoşu ilə Xalidlə cinsi əlaqədə olub: «Birisilə uzun müddət bir yerdə yaşayan və dəfələrlə cinsi münasibətlərdə olan xanımın həmin şəxs tərəfindən zorlandığını demək çətindir. Zorlanma sözü adından da göründüyü kimi zorla olur. Xoşluqla yox. Əgər cinsi münasibətdə olduğu gün və ya səhərisi bizə müraciət etsəydi Yeganə Mərdanovanın zorlanmasını araşdırıb, günahkarın məsuliyyətə cəlb olunmasını təmin etmək olardı».

Y.Mərdanova bizimlə söhbətində zorlandıqdan dərhal sonra prokurorluğa şikayət etməməsini belə əsaslandırdı: «Xalid mənə dedi ki, heç yerə şikayət etmə. Səni alacam. Mən də ona aldandım. Amma sonra məni küçədə buraxdı. İndi mənə yiyə duran yoxdur».

Öyrəndik ki, Y.Mərdanova atasız böyüyüb. Anası isə evdar qadındır, əkin-biçinlə ailəsini dolandırır. Qohumları, daha doğrusu əmizadələri Xalid Mərdanov belə bir ailəyə dəstək olmaqdansa, evin cavan qızının başına belə müsibətlər gətirib.

Hər halda Yeganə hamilədir. Bunu tibbi ekspertiza da təsdiqləyir.

Qadını hamilə buraxıb kənara çəkilən «ata»nı tapmaq, Yeganəyə sahib çıxartmaq və ya məsuliyyətə cəlb etmək hüquq-mühafizə orqanlarının işidir.  

 

RUSLAN

 

20 Yanvar, 2011  18:39 Baxılıb: 4402

Bu bölmədə