Simsar.az | bizi özünüzə Simsar bilin
Fəzail Ağamalıdan yeni - köhnə ittiham

«Azərbaycanda hər şey dəyişir, inkişaf edir. Dəyişməyən yeganə qüvvə müxalifətdir. 17 ildir eyni şeyi deyirlər, eyni hərəkətləri təkrarlayırlar. Müxalifət ağa qara deməli deyil».

Bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı «Simsar.az»-a  sağ siyasi qüvvələrin seçkidən sonrakı fəaliyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, radikal müxalifət artıq öz səhvlərini anlamalır və bu günə qədər gəldikləri  yolun yanlışlığını etiraf etməlidir: «Bu gün regionda Azərbaycanı istəməyən kifayət qədər qüvvələr var. Bizim Dağlıq Qarabağ kimi problemimiz mövcuddur. Bütün bu məsələlərə qarşı biz dövlətlə, hakimiyyətlə bir yerdə, eyni mövqedə olmalıyıq. Təəssüflər olsun ki, radikal müxalifət öz addımldarını milli maraqlar çərçivəsində deyil, xaricdən verilən sifarişlərlə atır. Ona görə də, bu düşərgənin nüfuzu günü-gündən aşağı düşür».

RAMİN

20 Yanvar, 2011  16:57 Baxılıb: 2099

Bu bölmədə