Simsar.az | bizi özünüzə Simsar bilin
Aydın Mirzəzadə: “Zamanı geri qaytarmaq olsaydı”...

Siz onları həmişə ciddi, rəsmı və iş başında görmüsünüz. Bizim “Qeyri siyasi” rubrikamızda isə həmışə siyasi arenada görməyə alışdığınız insanları tamam fərqlı ampulada gərəcəksiniz. Adından gəründüyü kimi rubrikada tanınmış siyasətçılərin qeyri siyasi mövzuda müsahibələri təqdim olunacaq. Rubrikanın ilk qonağı isə millət vəkili Aydın Mirzəzadədir.

 

 

- Aydın müəllim, insan bir tək uşaqlığını xatırlayanda üzündə həmişə təbəssüm yaranır. Sizin təbəssümünüzü görmək istərdik... 

- (təbəssümlə)Uşaqlıqda tez böyümək istəyirdim. Hesab edirdim ki, tez böyüsəm nə isə ciddi bir işlə məşğul olacağam. Amma ciddi işin nə olacağını bilmirdim. Orta məktəbdə yaxşı oxuyan şagird olmuşam. Həmişə özümdən yaşca böyük, yəni yaşlı adamlarla söhbət etməyi çox xoşlayırdım. Uşaq yaşlarımda həyatda yaşamaq həvəsi məndə güclü idi. Bəlkə də həyata bağlılığım və yaşamaq həvəsim zəhmətkeş ailədə doğulduğumdan irəli gəlib. Kiçik yaşlarımda bir nənəmi görmüşəm, o da bəy qızı idi. İndi bir qədər yüksək zirvədən baxanda həqiqətən də bəy qızına layiq olduğunu hiss edirsən. Nənəm və babalarım mülkədar, tacir və bəy olublar. Sovet hakimiyyəti qurulduqdan sonra bütün mülkləri əllərindən alınıb. Anamla, atam çox zəhmətkeş bir insan olublar,  fəhlə işləsələr də çalışırdılar ki, çörəklərini hallallıqla qazansınlar. Ailədə 9 nəfər olmuşuq, anam, atam, nənəm, babam və biz. İndiki kimi yadımdadır Mingəçevirdəki evimizdə atam yazı lövhəsi düzəltmişdi, məktəbdən evə təbaşir gətirib, dərsdə etdiklərimizi evdə təkrar edirdik. Bilikli, zəhmətkeş və daha çox faydalı olmaq bizim evdə bir amal idi. Oxuduğum 10 saylı məktəbin yerinə hazırda Texniki Humanitar Fənnlər litseyi tikillir. İnşallah bu yaxınlarda möhəşəm açılış mərasimi olması gözlənilir. Mən o məktəbi 1974-cü ildə bitirdim, çox təəssüflər olsun ki, ali məktəbə birinci ili qəbul ola bilmədim. Amma həmin ili də hədər yere sərf etmədim, məktəblərin birində komsomol katibi işlədim və işləyə-işləyə ali məktəbə hazırlaşmağı da unutmurdum. İkinci ili İnşaat İnstituna daxil oldum və 5 il ərzində mühəndis ixtisası qazandım. İnstitutu çox illər bundan öncə bitirməyimə baxmayaraq, mənə dərs deyən müəllimlərlə və tələbə yoldaşlarımla sıx əlaqələrim var. Tələbə olduğum dövrlərdə həyata baxışım dəyişdi. O dövrlərdə Rusiyaya tez-tez gedib, gəlirdim. İnstitutu bitirdikdə, təyinatım Rusiyanın Kalenin vilayətinə oldu. Bir müddət orada işlədim, hərbi xidmətimi də Moskva yaxınlığındakı Kaluqa şəhərində yerinə yetirdim. İl yarım xidmət edib, bitirdikdən sonra mənim şəklimi ən yaxşı əsgər kimi hərbi hissənin şərəf kitabına qeyd etdilər. Mingəçevirə qayıtdım, o zamanlar Mingeçirdə İstilik-Elektrik stansiyanın tikintisi gedirdi. Həmin o stansiyada Gənclər Qərargahının rəisi və Siyasi Maarif kabinetinin müdiri işlədim. Orda işləmək mənə böyük həyat təcrübəsi verdi. 1990-cı ildə ikinci ali təhsilim üçün Saratov şəhərinə Sosial Siyasi İnstituta oxumağa getdim. Oradan qayıdandan sonra Mingəçevirə qayıdıb, “Yerli səda” qəzetində işləməyə başladım. Bir çox məqalələrim işıq üzü gördü. Sizə deyim ki, mənim ilk məqaləm 9-cu sinifdə oxuyanda “Şəhər” qəzetində çıxmışdır. 

“...20 dəqiqədən sonra evlənmək təklifi etdim”

- Aydın müəllim ilk sevginiz olub?                                                                

- (Gülür) Mənim ilk sevgim elə indiki həyat yoldaşımdır.

- Necə tanış olmusunuz, sirr deyilsə?

- Bacım 10-cu sinifi bitirən ərəfədə o məktəbə əvəzedici kimi dərs deməyə gəlirdi. Bacımın çox xoşuna gəldi, gəlib evdə anama təriflədi. Əsl el-adəti ilə anam gedib qıza baxdı, bəyəndi gəlib evdə bununla bağlı söhbət açdı. Məsləhət olunandan sonra bacım ona zəng edib, dedi ki, işi var və ondan 5 dəqiqəlik aşağı düşməsini söylədi. Bacımın yerinə mən getdim. Salamlaşdıq kim olduğumu bildirdim, bir az söhbət etdik 20 dəqiqədən sonra evlənmək təklifi etdim. Bu məncə bir risk idi. Amma risk özünü doğrultdu. Peşman deyiləm. 26 illik birgə həyatımızda 2 övlad böyütmüşük. Çox mehriban, səmimi və ailəcanlı bir qadındır. Mən ondan çox razıyam.  

- Yarımçıq qalan hansısa bir işiniz olubmu, onu indi görməyi planlaşdırırsınız?

- Deməzdim hansisa yarımçıq işim qalıb. Sadəcə zamanı geri qaytarmaq olsaydı, müəyyən işləri başqa cür edərdim. Nənəm 1918-1920-ci illərdə ermənilərin Azərbaycan kəndlərinin hücumunun canlı şahidi olubdur. Nənəmin atası kəndin bütün silahla təchizatını təmin edib. Ermənilərə qarşı vuruşub və vuruşların birində həlak olub. Əgər nənəm sağ olsaydı, ondan bununla bağlı xeyli söhbət edərdim.

- Qohumlarla hazırdakı münasibətiniz necədir?

-  Yaxşıdır. Mənim qohumlarımla bir problemim yoxdur. Çalışıram insanlarda onların müsbət cəhətlərini görüm. Qüsurlarını isə görməməyə çalışıram. Gördüyüm qüsuru da elə deyirəm ki, onu düzəltməyə çalışsın. Bacı və qardaşlarıma dəstək verirəm.  

 

“Tez-tez keçmişimə nəzər salıb, gələcəyimi düşünürəm”

- Televizora baxmağa vaxtiniz olanda hansı verlişə baxirsınız?

-Tariximizlə, milli kökümüzlə və şəxsiyyətlərlə bağlı verlişləri izləməyi xoşlayıram. O verlişləri izləyəndə həyatı başa düşürəm. Təəssüf ki, televiziya verlişlərinin hamısını izləməyə elə də vaxtım olmur.

- Bəs şou biznes?  

- Şou biznesə münasibətim elə şou və biznes kimidir. Bu da həyatımızın bir hissəsidir. Amma çox təəssüf ki, problemli, qüsurlu və çox şeyi başqa cür olan bir atmosferdir. Hələ ki, ondan yaxşısı yaradılmır. Ayrı-ayrı müğənnilər var ki, onları bəyənirəm. Hətta dost olduğum müğənnilər də var, Mənsum İbrahimov, Bilal Əliyev və Habil Əliyev.

- Aydın müəllim ibadət edirsiniz?

- Etmirəm. Belə baxanda dünya bir kitabdır. Hər birimiz onu oxumağa çalışırıq. Məncə əsas forma deyil, əsas məzmundur. Mən oruc tutmuram. Amma orucluğun nə olduğunu anlayıram. Yəni sən ac qalarkən hansısa ac qalmış insanın hiss etdiklərini, kasıbları və imkansızları yada salırsan. Mingəçevirdə Müəllimlər İnstitunun fillialı var, hər il 4 tələbə qızın təhsil haqqının 50 faizini ödəyirəm. Deməli 6 minə yaxın pul köçürmüşəm. Bunu yoldaşıma demirəm. İndiyə qədər 12 qızın təhsil haqqını ödəmişəm. Bilmirəm bununla mən nə isə ödəyə bilərəmmi? Tez-tez keçmişimə nəzər salıb, gələcəyimi düşünürəm. Şəhidlər Xiyabanını və görkəmli şəxsiyyətlərin abidəsini ziyarət edib, dərin düşüncəyə dalıram...  

 

Şahzadə Gül

 

19 Yanvar, 2011  17:47 Baxılıb: 2739

Bu bölmədə