Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın Şahdağ Milli Parkında yanğın söndürülüb

Şahdağ Milli Parkında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 21-i Qəbələ rayonu, Solqıca kəndində (rayon mərkəzindən 30 km aralı) Şahdağ Milli Parkının ərazisində baş verən yanğın 10 hektar sahəni əhatə edib. Nəticədə quru ağaclar, kol-kos və xəzəl yanıb. Meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın dekabr 28-i saat 15:30-da yanğınsöndürənlər, meşə təsərrüfatı işçiləri və kənd əhalisinin birgə səyi nəticəsində söndürülüb.

29 Dekabr, 2010  18:12 Baxılıb: 2188

Bu bölmədə