Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah Azərbaycan Milli Məclisinin 2010-cu ildə sonuncu iclası keçiriləcək

Sabah Azərbaycan Milli Məclisinin 2010-cu ildə sonuncu iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

İclasda 6 məsələyə baxılacağını deyən A.Təvəkküloğlunun sözlərinə görə, parlament adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət də qəbul ediləcək.

Bundan başqa, iclasda bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər də ediləcək. Belə ki, iclasda «Dövlət rüsumu haqqında» qanuna əlavə və dəyişikliklər, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə»yə, «Fərdi məlumatlar haqqında» qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər və «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» qanuna əlavələr səsverməyə çıxarılacaq.

Sabahkı iclasdan sonra parlament tətilə çıxacaq

29 Dekabr, 2010  18:12 Baxılıb: 2226

Bu bölmədə