Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-da nüvə tullantıları çaya axıb

Bu gün səhər saatlarında ABŞ-ın İllinoys ştatındakı Atom Elektrik Stansiyasında nüvə tullantılarının partlaması nəticəsində sızma baş verib.

Lent.az-ın NBC telekanalına istinadən verdiyi məlumata görə, partlayış müəssisənin enerji təchizatı üçün metan istehsal edən blokunda baş verib. Müəssisə Çikaqo şəhərindən 60 kilometr uzaqda yerləşir. Partlayış nəticəsində işçilər arasında xəsarət alan olmayıb. Partlayış nəticəsində 1,5 qallon (6,8 litr) nüvə tullantısı yaxınlıqdakı Kanaki çayına istiqamətlənib.

Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Rona Yanqa deyib ki, yanğınsöndürənlər və təhlükəli materialların idarə edilməsi üzrə mütəxəssislərdən ibarət dəstə çay istiqamətində axının əsas hissəsini dayandırmağı bacarıb və nüvə tullantıları xüsusi konteynerə yığılıb.

Hökumət orqanları olayın səbəbini araşdırır və Kanaki çayının çirklənmə səviyyəsini qiymətləndirməyə cəhd göstərir.

28 Dekabr, 2010  22:21 Baxılıb: 2490
Teqlər :

Bu bölmədə