Moskva-Bakı marşrutu ilə təyyarə reysləri bərpa olundu
Moskvanın “Domodedovo” və “Şeremetyevo” hava limanlarından bu gün Bakı istiqamətində artıq iki təyyarə havaya qalxıb. Bu barədə “APA-ECONOMICS”ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. “Saat 11:55-də “Şeremetyevo” aeroportundan “Aeroflot” şirkətinin, saat 12:55-də isə “Domodedovo” hava limanından “MOV” aviaşirkətinin təyyarələri Bakı istiqamətində havaya qalxıb. Bu gün “Domodedovo” aerovağzalından Moskva-Bakı marşrutu üzrə daha bir aviareys yerinə yetiriləcək ki, onu da Rusiyanın “SVR” şirkəti həyata keçirəcək. Sözügedən aviareysin nə vaxt yerinə yetiriləcəyi hələ müəyyənləşməyib”, - deyə hava limanından bildirilib.
28 Dekabr, 2010 21:09 ⁄ Baxılıb: 2294
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |