Simsar.az | bizi özünüzə Simsar bilin
Qeyri-yaşayış sahələri ucuzlaşıb

Bu ilin noyabr ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ay olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub.

Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası ötən aya nisbətən 1.0 faiz azalıb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, noyabr ayı ərzində bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 3,0 faiz artıb. Bazarda təklif qiymətlərinin nisbi artımına baxmayaraq, tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərib. Ekspozisiya müddətinin artımı müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsini də artırıb.

Noyabr ayında Bakı şəhəri üzrə qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz, ötən rübün müvafiq dövrünə nisbətdə isə 0,4 faiz azalma ilə müşahidə olunub. Ötən aya nisbətdə isə qiymət indeksi 1,1 faiz azalma ilə yadda qalıb.

Ay ərzində qeyri-yaşayış sahələri və icarə bazarlarında qiymətlərin nisbi dəyişməsi müşahidə olunub. Qeyri-yaşayış sahələrinin satış qiymətində 1.1 faiz azalma, icarə qiymətində isə 0.4 faiz qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) ötən ayda qeydə alınan 2958 ABŞ dollarından 2925 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0,4 faiz təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətlərinin ötən ilin müvafiq dövründə qeydə alınmış nəticə ilə qiymət fərqi 2,2 faiz aşağı olub.

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə, qiymət azalması zonalar üzrə qiymətlərə də təsir göstərib. Ötən aydan fərqli olaraq, noyabrda bütün zonalar üzrə qiymət azalması müşahidə olunub.

I zona 4870 -0,2
II zona 3482 -0,4
III zona 2153 -0,2
IV zona 791 -0,5

Ay ərzində qeyri-yaşayış sahələri bazarında heç bir rayonda qiymət artımı qeydə alınmayıb.

Noyabr ayı üçün bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2925 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 50,4 faiz paya malik olub.

28 Dekabr, 2010  17:51 Baxılıb: 2329

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası