Simsar.az | bizi özünüzə Simsar bilin
Röya Moskvada solo konsert verəcək

Bu il daha çox konsert layihələri ilə gündəmə damğasını vuran müğənni Röya gələn ilin ilk konsert tarixini açıqlayıb.

Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, konsert Moskvada keçiriləcək. «Crocus City»də nəzərdə tutulan musiqili proqram fevralın 11-də təqdim ediləcək.

Müğənni bildirib ki, bu layihə «Yalnız sənə» adlandırılıb. Proqrama bir neçə yeni mahnılar daxil edən müğənni dedi ki, onun çıxışı 3 saatı əhatə edəcək.

Öyrəndik ki, yaxın aylarda onun başqa şəhərlərdə də konsert proqramı gözələnilir.

Xədicə
Milli.Az

27 Dekabr, 2010  19:20 Baxılıb: 2885

Bu bölmədə