![]() |
Azərbaycan Suriyaya qazın ixracını iki dəfə artıracaq
Azərbaycan Suriyaya satdığı təbii qazın həcmini iki dəfə artırmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, 2012-ci ildən etibarən Azərbaycan Suriyaya ildə 1 mlrd. kubmetr qaz nəql edəcək, 2015-ci ildən isə bu həcm iki dəfə artırılaraq 2 mlrd. kubmetrə çatdırılacaq: “Hazırda bu məsələyə dair işlər, o cümlədən Türkiyə ərazisindən Azərbaycan qazının nəqlinin texniki tərəfləri və tariflər “BOTAŞ” şirkətilə müzakirə olunur. Gələn il ərzində bu istiqamətdə işlər davam etdiriləcək ki, 2012-ci ildən etibarən Azərbaycandan Suriyaya qazın ixracına başlanılsın”.
27 Dekabr, 2010 18:56 ⁄ Baxılıb: 1615
Bu bölmədə3 Mart, 2021 AMB - nin valyuta məzənnələri2 Mart, 2021 Neft ucuzlaşdı19 Fevral, 2021 AMB - nin valyuta məzənnələri9 Fevral, 2021 Azərbaycan nefti bahalaşır28 Yanvar, 2021 AMB-nin valyuta məzənnələri |