![]() |
Azərbaycanda iki qatar toqquşdu
Goranboy rayonunda iki yük qatarı toqquşub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əziməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, dekabrın 27-si saat 03.15-də Mingəçevir-Goran mənzilinin 227-ci kilometrində yük qatarı saatda 22 klometr sürətlə hərəkət edərkən qarşıdakı yük qatarının arxa hissəsi ilə toqquşub. Hadisə nəticəsində 4 vaqonun müxtəlif təkər cütləri relsdən çıxıb. Qəza zamanı xəsarət alan olmayıb. Yük itkisinə yol verilməyib, eyni zamanda lokomotivə və yola ziyan dəyməyib.
27 Dekabr, 2010 18:37 ⁄ Baxılıb: 1844
Bu bölmədə19 Aprel, 2021 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı19 Aprel, 2021 Prezident yarımstansiyaların açılışında - FOTO19 Aprel, 2021 Neft ucuzlaşıb16 Aprel, 2021 Abşeronda güllələnən yeniyetmə oğlan ÖLDÜ15 Aprel, 2021 İsmayıllıda doğuş zamanı FACİƏ - İki uşaq anası öldü |