Simsar.az | bizi özünüzə Simsar bilin
Nura Suri niyə oxumaqdan imtina etdi?

Səs-soraqları qalmaqallarla yanaşı, həm də toy və şou-proqramlardan gələn müğənnilərimiz hazırda Məhərrəmlik ayı olduğundan daha çox yaradıcılıqla məşğul olmaq qərarına gəliblər.

Müğənni Nura Suri isə yaradıcılıq işləri ilə yanaşı, bu ay xeyriyyə xarakterli tədbirlərə qatıldığını deyir.
İfaçı Milli.Az xəbər portalına açıqlamasında «bu ay qazancımın çoxunu xeyriyyə məqsədilə xərcləmişəm»- dedi. Bir sıra kimsəsiz uşaqlar və qocalar evinə baş çəkən müğənni konsertə hazırlaşır.
 
Söhbət yanvarın 15-də Amerikanın Azərbaycandakı Səfirliyi ilə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirdən gedir: «Mən bu konsertdən əldə etdiyim sonuncu qəpiyi də xeyriyyə məqsədilə xərcləyəcəyəm.  

Qarşıdan Yeni il gəlməsinə baxmayaraq, müğənni Məhərrəmlik ayında restoranlardakı çıxışlarını da məhdudlaşdırmaq qərarına gəldiyini dilə gətirdi: «Belə bir ayda səhnəyə çıxıb, oxumaq istəmirəm».

23 Dekabr, 2010  05:16 Baxılıb: 2772

Bu bölmədə