Simsar.az | bizi özünüzə Simsar bilin
Cümşüd Nuriyev erməni mətbuatına manşetlik mövzu verib

"Azərbaycanlı politoloqdan etiraf: Bir zabiti yatdığı yerdə öldürən zabit saxta qəhrəmandır!"

Bir neçə gün öncə Azərbaycanda nəşr olunan "Bizim yol" qəzetinin politoloq kimi təqdim etdiyi Cümşüd Nuriyevlə müsahibəsi ermənilərin işinə yarayıb.
Qeyd edək ki, C.Nuriyev öz müsahibəsində ordumuzun zabiti Ramil Səfərovu "dırnaqarası qəhrəman", "xalqın başının aşağı edən" və "ağılsız qanunsuzluq etmiş insan" kimi sözlərlə təhqir etmişdi. O, eyni zamanda R.Səfərovu Azərbaycan bayrağını təhqir edən Q.Markaryanı yatdığı yerdə öldürməkdə ittiham etmişdi.

"Politoloq"un bu çabaları öz nəticəsini verib. Belə ki, əksər erməni KİV-ləri bu məlumatı yüksək fəxr və qürur hissiylə yayımlayıblar. Bu haqda xəbərlərin əksəriyyəti, "Azərbaycanlı politoloqdan etiraf: Bir zabiti yatdığı yerdə öldürən zabit saxta qəhrəmandır!" başlığı ilə yer alıb.

Bununla bağlı bəyanat yayan Ramil Səfərovun hüquqlarının müdafiəsi saytı bəyanat yayıb.
“Biz bu münasibətlə "politoloq" Cümşüd Nuriyevi və "Bizim yol" "qəzet"ini səmimi qəlbdən təbrik edirik. Riyakarcasına olsa da gülümsəyin cənablar, əziyyətiniz bəhrəsini verdi”-deyə sayt rəhbərliyi bildirib.

3 Oktyabr, 2011  18:09 Baxılıb: 1030

Bu bölmədə