Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN CƏNUBİ AFRİKAYA GEDİR

Türkiyənin baş naziri bu gün yola düşür

Baş nazir Rəcəb Tayyib Ərdoğan Şimali Afrikadan sonra indi də Cənubi Afrikaya gedir.

Ərdoğan bu gün rəsmi səfər proqramı ilə Cənubi Afrika Respublikasına yola düşür.

CAR-ın vitse-prezidenti Motlantenin rəsmi dəvəti ilə həyata keçirilən üç günlük səfər zamanı xüsusilə iqtisadi məsələlər müzakirə ediləcək.

Ərdoğan və Motlante birgə mətbuat konfransı keçirəcək, daha sonra baş nazir iki ölkənin iş adamlarını bir araya gətirən Biznes Forumunda çıxış edəcək.

3 Oktyabr, 2011  17:17 Baxılıb: 888

Bu bölmədə