Simsar.az | bizi özünüzə Simsar bilin
İbrahim Tatlısəs yeni xanımıyla kabab yedi

Jurnalistlər qapı arxasında saxlanıldı

Mart ayında silahlı hücumdan sonra xəstəxanaya düşən İbrahim Tatlısəs ilk dəfə restoranların birində görünüb.

Simsar.az saytı hurriyet.com-a istinadən xəbər verir ki, sənətçi yeni həyat yoldaşı Ayşegül Yıldız və dostları ilə birgə kabab qonaqlığında olub.

Dünən müalicə aldığı reabilitasiya mərkəzindən çıxan Tatlısəsin təhlükəsizliyi üçün bir sıra tədbirlər görülüb. Restoranın qapısında altı qoruma xidməti və iki eskort avtomobil onları gün boyu müşayiət edib.

Qapıda gözləyən jurnalistlərə əl yelləyən Tatlısəs “keçmiş olsun” diləklərini qəbul etdikdən sonra heç bir açıqlama verməyəcəyini söyləyib.


Aynurə

3 Oktyabr, 2011  16:41 Baxılıb: 1252

Bu bölmədə