Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya baş nazirinin müavini sabah gəlir

Mübahisəli məsələlər müzakirə ediləcək

Rusiya Baş nazirinin müavini, Azərbaycan və Rusiya ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Aleksandr Xloponin oktyabrın 4-də Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Xloponin eyni zamanda RF Prezidentinin Şimali Qafqaz federal dairəsində səlahiyyətli nümayəndəsidir.

"Səfər zamanı Şimali Qafqaz federal dairəsinin subyektləri ilə razılaşmaların imzalanması da mümkündür", - bir müddət əvvəl Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirmişdi.

Şedrin qeyd etmişdi ki, görüşdə hökumətlərarası komissiyanın həmsədrləri - Xloponin və Yaqub Eyyubov (Azərbaycan Baş nazirinin birinci müavini) ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı hələ də barəsində mübahisəli məsələlər olan "İnvestisiyaların qarşılıqlı müdafiəsi və artırılması haqqında" hökumətlərarası saziş layihəsi ilə bağlı müzakirələrin aparılması da istisna olunmur.

3 Oktyabr, 2011  16:21 Baxılıb: 831

Bu bölmədə