Simsar.az | bizi özünüzə Simsar bilin
DİN-də geniş kollegiya iclası olacaq

Kriminogen durum müzakirə ediləcək

Simsar.az-ın məlumatına görə, oktyabrın 8-də respublikanın bütün şəhər və rayonlarının polis rəisləri nazirliyə toplaşacaq. 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək kollegiya iclası axtarışda olanların tutulması, itkin düşən şəxslərin tapılması və 9 ayın yekunlarına həsr olunub. Kollegiyada, həmçinin, ölkə ərazisində baş verən cinayət hadisələri, həmin cinayətlərin açılması istiqamətin görülmüş işlər və kriminogen durum müzakirə ediləcək.

3 Oktyabr, 2011  16:19 Baxılıb: 888

Bu bölmədə