Simsar.az | bizi özünüzə Simsar bilin
NASA həyacan siqnalı verdi

Ozon qatındakı deşik 5 dəfə böyüyüb

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı NASA-nın rəsmi saytında məqalə yerləşdirilib və məqalə “Nture” jurnalında yayımlanıb. Məqalədə qeyd olunur ki, bəşəriyyət real təhlükə ilə üzləşib, bu ozon dəliyi şimal qütbündə indiyə qədər müşahidə olunmayan sərt soyuğa yol açıb. Ozon dəliyi bu ilin aprel ayında 15 gün Şərqi Avropa, Rusiya və Monqolustan üzərində dolaşıb. Ozon dəliyi bu bölgələrdə yaşayan milyonlarla insanın yüksək dərəcədə ultrabənövşəyi şüaların təsirinə məruz qalmasına səbəb olub. 

Qeyd edək ki, 3 oksigen atomundan ibarət olan ozonun atmosferdə yaratdığı təbəqə Yer kürəsini ultrabənövşəyi şüalardan qoruyur. Ultrabənövşəyi şüalar bitki örtüyünə ziyan vurur, insanlarda dəri xərçənginə, ya da katarakta yol açır. Dünyanın bu təbii qalxanı soyutma sistemləri və peyklərdə istifadə olunan, 1985-ci ildən bəri istehsalı qadağan olunan kloroflorokarbon qazları səbəbindən incəlir.

3 Oktyabr, 2011  14:07 Baxılıb: 1435

Bu bölmədə