Simsar.az | bizi özünüzə Simsar bilin
Türk birliyi yeni səviyyədə

Vitse-spiker belə düşünür

Qadınlar müasir dünyanın qaldırdığı problemlərin həllində daha aktiv mövqe nümayiş etdirməlidirlər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələr Parlament Assambleyası (TÜRKPA) tərəfindən Milli Məclisdə keçirilən "XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti" adlı beynəlxalq konfransın açılışında vitse-spiker Bahar Muradova bildirib.

"Müasir dünya qadınları birliyə çağırır. Qarşıda duran problemlərin həlli üçün qadınlar daha aktiv olmalıdırlar. Ərazi bütövlüyü, ailə, uşaq hüquqları ilə bağlı problemlərin həllinə daha həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar", - Muradova əlavə edib.

O, həm siyasətdə, həm də ictimai həyatda günü-gündən qadınların rolunun artdığını qeyd edib.

Muradova türk birliyinin uğurlarından da danışıb.

"Zaman artıq dünyada türk birliyinin, dilinin, mədəniyyətinin yeni səviyyəyə qalxmasına şahidlik edir", - vitse-spiker deyib.

O, TÜRKPA-nın türk birliyinin daha da möhkəmlənməsində böyük rol oynadığını qeyd edib.

3 Oktyabr, 2011  15:55 Baxılıb: 920

Bu bölmədə