Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədən Suriyaya qarşı növbəti addım

Ankara Bəşər Əsəd rejiminə qarşı yeni təbirlər planlaşdırır

İslahatların həyata keçirilməsi ilə bağlı çağırışlara məhəl qoymayan Suriya prezidenti Bəşər Əsədə qarşı yeni tədbirlər görülür. Türkiyə Suriya ilə hava, quru və dəniz məkanını bağladıqdan sonra sanksiyaların ikinci addımını atmağı nəzərdən keçirir. Ankara Bəşər Əsəd və onun ailəsinin Türkiyədəki hesablarını bağlamaq üzrə işə başlayıb. Suriya ilə bank əməliyyatlarını hər dəqiqə izləyən Maliyyə Pozuntuları üzrə Araşdırma Qurumu Bəşər Əsəd və ailəsinin əlaqəli şirkətlərini də nəzarət altına alıb. Sanksiyalar çərçivəsində Bəşər Əsəd rejiminə yaxın bəzi rəsmilərə də səyahət qadağası qoyulması nəzərdə tutulub.

Suriyanın bəzi iş adamlarının Türkiyədə külli miqdarda hesabının olduğu bildirilir. Ticarət sirri olduğu üçün Bəşər Əsəd və ailəsinin Türkiyədəki hesabı açıqlanmır. Ancaq kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə Bəşər Əsədin Rusiyada 2 milyard dollar, Türkiyədə isə 450-500 milyon dollar pulu var. BMT embarqo qərarı çıxaracağı halda, Bəşər Əsədin Türkiyədəki hesabları da dondurulacaq. BMT-nin embarqo qərarının hələləik çıxarılmamasına baxmayaraq, ABŞ və Avropa banklarının çoxu Suriya ilə bank əlaqələrini dayandırıb. Türkiyədəki xarici banklar da avqustun 15-də Suriya ilə əməliyyatları dondurub.

2 Oktyabr, 2011  00:11 Baxılıb: 875

Bu bölmədə