Simsar.az | bizi özünüzə Simsar bilin
Maykl Ceksonun həkimi tutula bilər

Onun məhkəməsi davam edir

Mərhum pop kralı Maykl Ceksonun ölümü ilə əlaqədar onun şəxsi həkimi Konrad Mürreyə qarşı açılmış məhkəmə işi davam edir. Prosesinin üçüncü günündə Maykl Ceksona ilk tibbi yardım göstərməyə çalışan paramediklər dindirilib. Tibb işçilərinin sözlərinə görə, Konrad Mürrey Maykl Ceksona həddindən artıq anestetik propofol dozası verdiyini gizlətməyə çalışıb. Həkimlər onlar gələndə Maykl Ceksonun artıq ölü olduğunu, dərisinin rənginin göyərməyə başladığını, lakin Konrad Mürreyin onun xəstəxanaya aparılmasına təkid etdiyini bildiriblər.

Tibb işçilərindən biri yerdə 3 ədəd ağrıkəsici dərman şüşəsi gördüyünü də bildirib. Konrad Mürreyin isə mərhum pop kralına propofol verməsini heç vaxt dilinə gətirməməsi prokurorlarda onun öz əməllərini gizlətməsi şübhəsini yaradıb.

Əgər Konrad Mürreyin ehtiyatsızlıq üzündən Maykl Ceksonun ölümünə səbəb olması sübuta yetirilərsə, ona 4 il həbs cəzası verilə və həkimlik fəaliyyətinə qadağa qoyula bilər.

1 Oktyabr, 2011  18:51 Baxılıb: 1178

Bu bölmədə