Simsar.az | bizi özünüzə Simsar bilin
Sarkozi oktyabrın 7-də Azərbaycandadır

Fransa prezidenti Cənubi Qafqaz səfərinə çıxır

APA-nın Fransa prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, N. Sarkozinin Cənubi Qafqaza səfəri oktyabrın 6-da başlayacaq. O, əvvəlcə Ermənistana, oktyabrın 7-də isə Azərbaycana və Gürcüstana səfər edəcək.

Cənubi Qafqaza səfəri çərçivəsində Fransa prezidentinin region ölkələrinin liderləri ilə ikitərəfli münasibətlərin inkişafını, regional məsələləri, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasını müzakirə edəcəyi gözlənilir.

1 Oktyabr, 2011  18:39 Baxılıb: 1042

Bu bölmədə