Simsar.az | bizi özünüzə Simsar bilin
Suriyada qanlı cümə

30 nəfər öldürüldü

Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, aksiyalar paytaxt Dəməşqin müxtəlif rayonlarında da olub.

Polis aksiyaçıları dağıtmaq üçün odlu silah, gözyaşardıcı qazdan istifadə edib. Hama şəhəri ətrafında polis aksiyaları dağıdarkən 11 nəfəri öldürüb. Humsda 7 aksiya üzvü gülləyə tuş gəlib. 12 nəfər isə digər şəhərlərdə qətlə yetirilib.

Polis yeni aksiyaların qarşısını almaq üçün məscidlərin giriş və çıxışlarını bağlayıb. Rastan şəhərində aksiyaları yatırmaq üçün zirehli texnika yeridilib. Bu şəhərdə müxalifət tərəfə keçən 2 min əsgər var.

1 Oktyabr, 2011  18:27 Baxılıb: 852

Bu bölmədə