Simsar.az | bizi özünüzə Simsar bilin
“Əl Qaidə”yə daha bir ağır zərbə

3 nömrəli terrorçu da öldürüldü

“Əl-Qaidə” təşkilatının 3 nömrəli terrorçusu Ənvər Əl Əvlaki də öldürüldü. Simsar.az saytı snntürk.com saytına istinadən xəbər verir ki, bu xəbəri yəmənli səlahiyyət sahibləri yayıb.
Yəmən Müdafiə Nazirliyindən verilən məlumata görə, Amerikada doğulan Əl Əvlaki təhlükəsizlik tədbirləri görülərkən məhv edilib. Jurnalistlərə verilən açıqlamada isə, “terrorçunun bəzi dostları ilə birlikdə” öldürüldüyü bildirilir.
Xatırladaq ki, Əl Əvlaki 2009-ci ildə bir ABŞ təyyarəsini bombalamaq təşəbbüsündə ittiham olunurdu.

1 Oktyabr, 2011  18:03 Baxılıb: 1101

Bu bölmədə