Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər küçələrə çıxdı

Oturaq etiraz aksiyası başladı

Simsar.az-ın Ermənistan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müxalifət İrəvandakı Azadlıq meydanında 10-a qədər çadır qurub.

Qeyd edək ki, sentyabrın 30-da İrəvanda müxalifətin növbəti mitinqi keçirilib. Hüquq-mühafizə orqanları mitinqdə 6 min adamın iştirak etdiyini bildiriblər. Amma müstəqil ekspertlər iştirak edənlərin sayının qat-qat çox olduğunu vurğulayıblar.

Mitinqin yekununa yaxın fasiləsiz etiraz aksiyaları barədə qərar qəbul olunub. Ter-Petrosyan toplananlardan qayda-qanuna riayət etməyi tələb edib: “Ən əsası budur. 4 illik mübarizə dövründə heç bir zaman qanunu pozmamışıq. Biz ölkəni çalxalanmalara aparmaq istəmirik”.

Gecə Azadlıq meydanında 150-200 adam qalıb. Bu gün mitinqin davam edəcəyi gözlənilir.

1 Oktyabr, 2011  15:55 Baxılıb: 876

Bu bölmədə