Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT ÇİN XALQ RESPUBLİKASININ SƏDRİNİ TƏBRİK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Hu Szintaoya təbrik ünvanlayıb

Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Biz Azərbaycan ilə Çin arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qədim ənənələrə malik olan bu münasibətlər hazırda özünün yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

Əminəm ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli qaydada əməkdaşlığımız, habelə beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimiz Azərbaycan-Çin dostluğunun bariz ifadəsi olaraq bundan sonra da ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və rifah diləyirəm”.

1 Oktyabr, 2011  00:58 Baxılıb: 821

Bu bölmədə