Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistanla silah sövdələşməsi Moldova parlamentində gərginliyə səbəb olub

Moldovalı deputatlar ölkənin müdafiə naziri Vitali Marinusu sual atəşinə tutub

Moldova ordusuna məxsus silah-sursatların xaricə satılması faktı ölkə parlamentinin deputatlarında sual doğurub. ANS PRESS-in “News Moldova”ya istinadən verdiyi məlumata görə, moldovalı deputatlar məsələ ilə bağlı ölkənin müdafiə naziri Vitali Marinusu sual atəşinə tutub.

Nazir məsələ ilə bağlı açıqlamasında deyib ki, silahların xarici ölkəyə satılması tamamilə qanuni bir işdir və bu, bütün beynəlxalq normalara uyğundur. Lakin Marinusla deputatların dialoqu zamanı məlum olub ki, silah-sursatın xaricə satışı prosesində heç bir beynəlxalq müşahidəçi iştirak etməyib. Vitali Marinus silah idxal edən ölkənin adını çəkməyərək qeyd edib ki, bu proses qapalı tender şəkildə həyata keçirilib.

1 Oktyabr, 2011  00:30 Baxılıb: 791

Bu bölmədə