Simsar.az | bizi özünüzə Simsar bilin
Robert Köçəryan qayıdır?

Ermənistanın sabiq prezidenti böyük siyasətə qayıdışını istisna etmir

Ermənistanın sabiq prezidenti Robert Köçəryan böyük siyasətə qayıdışını istisna etmir. Bunu Köçəryan “Mediamaks”a mövzunun Ermənistan cəmiyyətində geniş müzakirəyə səbəb olduğunu, habelə Vladimir Putinin 2012-ci ildə Rusiya prezidenti vəzifəsinə namizədliyini irəli sürməsi faktının Ermənistandakı siyasi proseslərə təsirini şərh edərkən deyib. O, böyük siyasətə qayıda biləcəyini söyləməklə yanaşı qeyd edib ki, müvafiq qərarın qəbuluna Rusiyada baş verənlər qətiyyən təsir edə bilməz.

“Böyük siyasətə qayıdışımı cəmiyyətdə pessimist fikirlərin artması və miqrasiyanın güclənməsi, ayrı-ayrı sosial təbəqələrin mənim qayıdışımı istəməsi və ölkədəki vəziyyəti köklü şəkildə dəyişə biləcəyimə inanmağım şərtləndirə bilər”, - deyə Köçəryan vurğulayıb.

Əslində Köçəryanın bu “etirafları” erməni cəmiyyətinə bir mesaj kimi xarakterizə oluna bilər. Hakim rejimin reytinqinin çox aşağı olduğunu anlayan Köçəryan bununla cəmiyyətdə ona qarşı münasibətin necə olduğunu öyrənməyə çalışır. Hər halda yada salsaq ki, Sarkisyanı hakimiyyətə məhz Köçəryan gətirib, eks prezidentin yenidən prezident kreslosuna əyləşmək planının çoxdan cızıldığını və ötən müddət ərzində konservləşdirilmiş halda saxlanmasının səbəblərini başa düşmək çətin olmayacaq.

1 Oktyabr, 2011  00:19 Baxılıb: 1276

Bu bölmədə