Simsar.az | bizi özünüzə Simsar bilin
Oğlu İbrahimdən imtina etdi -VIDEO

İmperatorun keçmiş həyat yoldaşı: “Mən də evlənə bilərəm”

İbrahim Tatlısəsin evlənməsindən sonra ilk dəfə canlı yayıma çıxan müğənninin keçmiş həyat yoldaşı Dərya Tuna sürpriz açıqlamları ilə hər kəsi təəccübləndirib.

Simsar.az saytı ensonhaber.com-a istinadən xəbər verir ki, İ.Tatlısəsin oğlu bu, nigaha görə atasından üz döndərib. Atasına “Yokum” deyən oğlu bu evliliyi qəbul etmədiyini dilə gətirib.
İ.Tatlısəsin keçmiş həyat yoldaşı Dərya canlı yayım vasitəsilə “mən də evlənə bilərəm” ismarıcını göndərib: “Bu gün səhər möhtəşəm bir hava var idi, amma sonra yağış yağdı. Hava hər an dəyişə bilər. Mən də həyatımda sürprizlər edə bilərəm. Gözləyib görəcəyik”.

Tatlısəslə nikah masasına oturan Ayşegül Yıldızla əlaqədar şərh vermək istəmədiyini deyən D.Tuna, bu qərarın sağlam olmadığını vurğulayıb.

Aynurə

 

30 Sentyabr, 2011  21:26 Baxılıb: 1317

Bu bölmədə