Simsar.az | bizi özünüzə Simsar bilin
Sənədlər ratifikasiya edildi

Konvensiya, saziş, protokollar qüvvəyə mindi

APA-nın məlumatına görə, müzakirələrdən sonra "Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı haqqında" Birgə Bəyanatı, "Azərbaycan Respublikası və Ukrayna arasında hərtərəfli əməkdaşlığa dair 2011-2015-ci illər üçün Tədbirlər Planı", "Azərbaycan Respublikası və Rumıniya arasında Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı"ı, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında" Saziş, "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair " Saziş, "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş, "Azərbaycan
Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi
məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Saziş,
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti
arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Saziş,
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında"
Saziş, "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası
Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında"
Saziş, "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası
Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının
alınması haqqında" Konvensiya və onun Protokolu təsdiq edilib.

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti
arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" Saziş barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, sözügedən sənəddə SSRİ dönəmində həm Belarus, həm də Azərbaycan vətəndaşlarına bu ölkələrin təhsil müəssisələrində verilən sənədlər hər iki tərəfdə tanınır. Həmçinin tibbi, əczaçılıq ixtisasları üzrə verilmiş diplomlar hər iki tərəfdə qəbul edilir.

30 Sentyabr, 2011  19:29 Baxılıb: 940

Bu bölmədə