Simsar.az | bizi özünüzə Simsar bilin
Timoşenkonun məhkəmə prosesi davam edir

Bu gün hakim ilk dəfə olaraq sabiq baş nazirin həyat yoldaşını dindirib

Bu gün Ukraynanın paytaxtı Kiyevdə sabiq baş nazir Yuliya Timoşenkonun məhkəmə işi davam etdiriləcək. İttihamçı tərəf Timoşenkoya qarşı toplanmış dəlillərin kifayət qədər olmasında təkid edir. "Bütün dəlillər əsaslandırılmış, yolverilən və kifayət qədərdir. Yalnız məhkəmə onları dəyərləndirə bilər"-ittihamçı prokuror Aleksandr Mitiyenko belə deyib.

Qeyd edək ki, dünən məhkəmə prosesində Yuliya Timoşenko və vəkili ittihamçı tərəfindən təqdim olunan sənədlərdə çoxsaylı uyğunsuzluqların olduğunu bildirmişdilər. Lakin prokurorlar sadəcə texniki səhvlərdən söhbət getdiyini və bunun dəlillərin məğzinə xələl gətirmədiyini hesab edirlər. Hakim Rodion Kireyev ilk dəfə sabiq baş nazirin həyat yoldaşı Aleksandr Timoşenkoya söz verib.

Qeyd edək ki, Ukraynanın baş prokurorluğu Yuliya Timoşenkonu Ukraynanın xeyrinə olmayan müqavilə bağlamaqda, daha doğrusu, 2009-cu ildə Rusiya ilə qaz sazişlərinin bağlanmasında vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Dövlət ittihamçısı sabiq baş nazirin 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

30 Sentyabr, 2011  19:10 Baxılıb: 895

Bu bölmədə