Simsar.az | bizi özünüzə Simsar bilin
ZAHİD ORUCDAN GÖZLƏNİLMƏZ HƏRƏKƏT

Deputat spikerə dedi: "Bura parlament deməyəcəklər, arxitektura deyəcəklər"
Spikerin cavabı: "Mənə dərs deməyə nə yaşın çatlr, nə də hüququn"

APA-nın məlumatına görə, iclasın gündəliyinin müzakirəsi zamanı çıxış edən Z. Orucun təhsil sahəsində qanunlarda dəyişikliyin edilməsi barədə təkliflərinə spiker sərt reaksiya verərək onun sözünü kəsib və irad tutaraq iş planı barədə danışmasını istəyib. Spikerə cavab verən millət vəkili isə O. Əsədova irad tutub: «Bu binanın içində ciddi diskussiyalar, siyasi debatlar keçirilməsə, bura yaxşı arxitekturaya malik muzey deyəcəklər, parlament deməyəcəklər».

Z. Orucun iradlarına isə O. Əsədov əsəbi şəkildə cavab verib: «Zahid Oruc, mənə dərs keçməyə nə yaşın çatır, nə hüququn. Xahiş edirəm, danışığına fikir ver. Mövzu barədə danış. Sonra deyirsən ki mənə danışmaq imkanı vermirlər”.

30 Sentyabr, 2011  18:17 Baxılıb: 1580

Bu bölmədə