Simsar.az | bizi özünüzə Simsar bilin
Asena: “İstəsəydim Tatlısəslə evlənərdim”

“Ayşegül İbrahim Tatlısəsi seçdi, mənsə azadlığımı”

Türkiyəli rəqqasə Asena İbrahim Tatlısəsi Ayşegül Yıldızla ailə qurması münasibəti ilə təbrik edib. Rəqqasə İ. Tatlısəslə 4 il sevgi həyatı yaşasa da, 2003-cü ildə ayrılıblar.

Simsar.az saytı ensonhaber.com-a istinadən xəbər verir ki, Asena Ayşegül Yıldızın Tatlısəsə layiq olduğunu dilə gətirib: “Ailə qurduqlarını eşidəndə sahnədə idim. Eşidəndə hiss etdiyim ilk şey hüzur idi. Sonra üzümdə təbəssüm meydana gəldi. Mənim üçün sürpriz olmadı, heç şaşırmadım da. Xoşbəxt və səadət dolu yuva diləyirəm. Bir yastıqda qocalsınlar”.

İbrahim Tatlısəstən 8 il əvvəl ayrıldığını söyləyən Asena, "istəsəydim vaxtında onunla evlənərdim” deyib:”Ayşegül İbrahim Tatlısəsi seçdi, mənsə azadlığımı. Ayşegül adına sevindim. Məncə 10 nömrə bir evlilik oldu. O qız, İbrahim Tatlısəsə layiq idi, çünki çox gözlədi”.

Tatlısəsin doktoru Köksal Holoğlu müğənninin səhhətinin yaxşılaşdığını və ayaqları üstündə sərbəst dayandığını söyləyib: “Çox sağlamdır. Ata olmaq istəsə, heç bir problem yoxdur. Bu evlilik, müalicə müddətinə də müsbət təsir edəcək”.

Aynurə

30 Sentyabr, 2011  17:19 Baxılıb: 1127

Bu bölmədə