Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədən Fransaya nota

Terror təşkilatları Fransanı sığınacaq edib

Türkiyənin Fransadakı səfirliyi Parisdəki turizm və mədəniyyət müşavirliyinə PKK terroçularının hücum etməsi səbəbi ilə bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Parisdəki səfir Tahsin Burcuoğlu daxili işlər naziri Klod Qeanla görüşü zamanı bildirib ki, Türkiyə terror təşkilatının Fransa torpaqlarındakı hərəkət və fəaliyyətlərindən çox narahatdır. Biz rəsmi və qeyri-türk təşkilatlarının qorunması üçün təhlükəsizlik tədbirlərinin artırılmasını istəyirik.

Fransanın daxili işlər naziri Klod Qeanın oktyabrın 6-da Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında terrorla mübarizədə əməkdaşlığa dair tarixi anlaşma imzalanacağını deyib.

Sənəd Nedim Seven, Canan Kurtyılmaz kimi PKK rəhbərlərinin Türkiyəyə ekstradisiya edilməsinə imkan yaradacaq. Fransada PKK terrorçuları son dövrdə türk təşkilatlarına qarşı hücumları artırıb.

30 Sentyabr, 2011  17:07 Baxılıb: 1110

Bu bölmədə