Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev ATƏT-in Bakı ofisinin yeni rəhbəri ilə görüşdü

Nazir Koray Tarqayı təbrik edib

Müdafiə naziri ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, sentyabrın 30-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.

Təyinatı ilə bağlı Koray Tarqayı təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla ATƏT-in əlaqələrindən danışıb.

Görüş zamanı regionda mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

30 Sentyabr, 2011  16:42 Baxılıb: 1505

Bu bölmədə