Simsar.az | bizi özünüzə Simsar bilin
Varşavada ikinci sammit başlayıb

Tədbirə Azərbaycan prezidenti də qatılıb

Bu gün sammit çərçivəsində iki plenar iclas keçiriləcək, iclasda “Şərq Tərəfdaşlığı” proqramının inkişaf perspektivləri müzakirə olunacaq.
Sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yanukoviç, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Serj Sərkisyan, Moldovanın baş naziri Vlad Filat iştirak edir. Belarusu bu sammitdə bu ölkənin Varşavadakı səfiri təmsil edir.
Bu gün sammitin sonunda Yekun Bəyannaməsi qəbul olunacaq. Bundan başqa Polşanın baş naziri Donald Tusk, Macarıstan hökumətinin rəhbəri Viktor Orban, Avropa İttifaqının prezidenti German Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı üzrə ilk sammit 2009-cu ilin mayında Praqada keçirilib.

30 Sentyabr, 2011  16:35 Baxılıb: 790

Bu bölmədə