Simsar.az | bizi özünüzə Simsar bilin
Bələdiyyə üzvü olmaq istəyənlər namizədliyini irəli sürür

464 yer boşdu

Simsar.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, namizədlərin irəli sürülməsi prosesinə bu gündən başlanılıb.

Bələdiyyə üzvlüyünə namizədləri seçki dairəsinin ərazisində daimi yaşayan aktiv seçki hüququ olan Azərbaycan vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Ümumilikdə 330 bələdiyyə üzrə 464 yerə bələdiyyə seçkisi noyabrın 30-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.

30 Sentyabr, 2011  16:02 Baxılıb: 918

Bu bölmədə