Həmsədrlər əlavə təkliflər verəcək
Onlar bəyanat yayıb AzərTAc-ın məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov, Bernar Fasye, Robert Bradtke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik sentyabrın 29-da Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün növbəti addımları müzakirə etmək məqsədilə Varşavada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanla görüş keçiriblər: “Tərəflərə ATƏT Nazirlər Şurasının Vilnüsdə keçiriləcək toplantısınadək yaxın aylar üçün nəzərdə tutulan fəaliyyət planı təqdim olunub. Həmsədrlər tərəflərlə onların arasında hərtərəfli sülh razılaşmasının əsasını təşkil edən baza prinsipləri ətrafında mövcud olan fikir ayrılığını aradan qaldırmaq işini davam etdirəcək, həmçinin bütün tərəflərə atəşkəs rejiminin gücləndirilməsi üçün əlavə tədbirlərə dair təkliflər verəcəklər”.
30 Sentyabr, 2011 15:29 ⁄ Baxılıb: 757
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |