"bp" Azərbaycana 31 milyard dollar yatırmaq istəyir
Ekspertlərin fikrincə, Azərbaycan qazının Şərqi Avropaya çıxarılması ilə bağlı qərar qəbul olunmaq ərəfəsindədir Böyük Britaniyanın “bp” şirkəti Azərbaycana təxminən 31 milyard dollar investisiya yatırmaq niyyətindədir. Bunu Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, “bp” artıq 20 milyard funt sterlinq “Şahdəniz”ə yatırım edib və yenidən bu yatağa 20 milyard funt-sterlinq yatırmağı düşünür: “Bu nəinki Azərbaycan, ümumiyyətlə bütün region üçün iqtisadi inkişafa təkan verir. Neft ehtiyatları baxımından yeni kəmərlərin inşası bizim prioritetlərimizə aiddir. Britaniya hökumətinin mövqeyi budur ki, biz siyasi deyil, iqtisadi və ticari baxımdan önəmli olan layihələrə üstünlük veririk”.
30 Sentyabr, 2011 03:37 ⁄ Baxılıb: 1056
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |